Qarabağda daha bir erməni əsgəri öldü

Qarabağda daha bir erməni əsgəri öldü

Qarabağda daha bir erməni əsgəri ölüb. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, hadisə ötən gün saat 17:30-da cəbhənin şərq istiqamətində baş verib. Ölən əsgər 1997-ci il təvəllüdlü Ovanes Arutyunyan olub. İddiaya görə, o silahla ehtiyatsız davranıb.

 

Bu gün işğal edilmiş Dağlıq Qarabağ ərazisində yerləşən hərbi hissələrdən birində erməni hərbi qulluqçusu öldürülüb. ANS PRESS-in məlumatına görə, bu barədə erməni mətbuatı xəbər yayıb.

 

Dağlıq Qarabağda daha bir erməni əsgərinin ölümü ilə bağlı məlumat yayılıb. Ölümcül güllə yarası alan hərbi qulluqçu 1996 təvəllüdlü Artyom Arsenoviç Varderesyandır. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti əsgərin Noemberyan dayaq məntəqələrindən birində güllə yaralanması nəticəsində həlak olduğunu bildirib.

 

 

Mart ayının 11-də cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribatının qarşısı alınıb. Düşmənin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində təmas xəttinin dərinliyindəki erməni mövqeləri darmadağın edilib. Nəticədə düşmənin təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

 

İlk gün ermənilər canlı qüvvəsi və hərbi texnikasının məhv edilməsi xəbərini təkzib ediblər. Lakin bir gündən sonra itkilər barədə məlumatlar yayılıb. Heç bir itki vermədiklərini iddia edən Ermənistan tərəfi təxribatlarının qarşısı alınmasından bir gün sonra ilk itkilərini ortaya çıxarıblar. 1997-ci il təvəllüdlü hərbi qulluqçu Sarkis Ohanyanın qumbara partlaması nəticəsində öldüyünü deyiblər.

 

 

Azərbaycanaın Müdafiə Nazirliyi də ermənilərin həmişə olduğu kimi öz itkilərini gizlətdiklərini deyiblər. Nazirlikdən verilən məlumata görə, düşmən tərəfi həmişə olduğu kimi öz döyüş itkilərini qəsdən gizlədir, müxtəlif adlar altında ictimaiyyətinə çatdırmaqla çaşqınlıq yaradır. “Ermənilər əsgərlərinin ölməsi faktlarını yol-nəqliyyat qəzaları, xəstəliklər, bədbəxt hadisələr və silahla ehtiyatsız davranma kimi qələmə verirlər.

 

Erməni tərəfi Ermənistandan gətirilən əsgərlərin işğal olunmuş ərazilərimizdə ölməsini açıqlamaq məcburiyyətində qalsa da, Dağlıq Qarabağdan çağırılanların, muzdlu kimi fəaliyyət göstərənlərin ölüm hallarını məharətlə gizlədir və öz xalqını aldadaraq yanlış fikir formalaşdırır”.

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.