Rusiyada sərnişin təyyarəsi qəzaya düşdü: 61 ölü

Rusiyada sərnişin təyyarəsi qəzaya düşdü: 61 ölü

Rusiyanın Rostov şəhərində sərnişin təyyarəsi qəzaya uğrayıb.

Dəqiqləşdirilmiş məlumata əsasən, Rostov-na-Donu şəhərində qəzaya uğrayan “Flydubai” aviaşirkətinə məxsus təyyarədə ekipaj üzvləri daxil olmaqla 61 nəfər olub.

 

Bu barədə Rostov vilayəti fövqəladə xidmət orqanlarında bildiriblər. Qeyd olunur ki, təyyarə uçuş-eniş zolağına birinci dəfədən enə bilməyib, ikinci cəhd edərkən isə təyyarə yerə çırpılıb və partlayış baş verib.

 

İlkin məlumatlara görə, qəzaya səbəb pilotun səhvi və yaxud  pis hava şəraiti olub. Qəzaya uğramış təyyarənin göyərtəsindəki sərnişinlərin hamısı Rusiya vətəndaşları, ekipaj üzvləri isə əcnəbilər olub.

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.