Yaponlar bunu da bacardı

Yaponlar bunu da bacardı

Yaponiyada dünyada ilk dəfə xüsusi yol yatağından enerji alan akkumlyatorsuz elektromobil yaradılıb. Bu barədə elektromobili birlikdə yaradan Toyohaşi Texnoloji Universiteti və “Taisei Corporation” şirkəti məlumat yayıb.

Hazırda elektromobilin biryerlik nümunəsi sınaq mərhələsini keçir. Bu elektromobil elektrik enerjisini təkərlərində olan xüsusi polad tor vasitəsilə asfaltın 10 santimetr dərinliyində yerləşdirilmiş iki polad lövhədən alır. Sınaq meydançasında quraşdırılan 30 metr uzunluğundakı yolda elektromobil hələlik saatda 10 kilometr sürətlə hərəkət edir.

Bu maşını hazırlayanların qənaətinə görə, gələcəkdə elektrik enerjisini ötürən belə yolların inşası və Yaponiyada sıx şəkildə mövcud olan sürətli yol şəbəkələrinin bu qurğularla təchizatı səmərə verə bilər. Həmin yolla hərəkət edən elektromobilin akkumlyatorunu söndürürmək və adi yola qayıtdıqdan sonra onu yenidən işə salmaq mümkün olacaq.

Hazırda Yaponiyada elektrik enerjisi dolduran stansiyaların sayı durmadan artır. Avtomobillərin saxlanılması üçün tikilən yeni məntəqələrin demək olar ki, hamısının yaxınlığında belə stansiyalar quraşdırılır.

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.