Bakıda sabah yağış yağmayacaq

Bakıda sabah yağış yağmayacaq

Martın 22-i Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 9-14 dərəcə isti olacaq.

Sabah rayonlarda da ciddi yağıntı gözlənilmir. Gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq. Dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti gözlənilir.

Martın 20-də yağan aramsız yağışlardan sonra Bakıda bir sıra küçələri su basdığı bildirilir. Hətta bəzi küçələrdə suyun səviyyəsinin 20-40 sm yüksəldiyi qeyd edilir. Bu da həmin küçələrdə adamların və avtomobillərin hərəkətinə çətinlik yaradıb.

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.