Savçenkoya hökm oxunacaq

Savçenkoya hökm oxunacaq

Martın 21-də Rusiya məhkəməsinin ukraynalı pilot Nadia Savchenkoya hökm oxuyacağı gözlənilir. Savchenko 2014-cü ildə Ukraynanın şərqində iki rusiyalı jurnalistin ölümündə iştirakda təqsirləndirilir. Pilot ittihamları rədd edir.

Prokuror Savchenkoya 23 il həbs cəzası istəyib.

Bu məhkəmə Ukraynada və bir sıra digər ölkələrdə qəzəb doğurub. Tənqidçilər Kremli məhkəmə məzhəkəsi təşkil etməkdə suçlayırlar.

Savchenko təcridxanada aclıq aksiyası keçirib. Piton Ukraynanın şərqində rusiyapərəst separatçılarla döyüşdə saxlandığını və qanunsuz olaraq Rusiyaya aparıldığını bildirir.

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.