Rıza Zərrab ABŞ-da saxlanıldı

Rıza Zərrab ABŞ-da saxlanıldı

33 yaşlı iranlı biznesmen Rıza Zərrab martın 19-da Mayami aeroportunda saxlanıb.

Zərrabın işçisi Kamelia Jamshidy və İrandakı Bank Mellatın rəsmisi Hossein Najafzadehə ittihamlar irəli sürülüb, ancaq onları ələ keçirmək hələlik mümkün olmayıb.

İttihamnaməyə görə, Türkiyə və İran vətəndaşı olan Zərrab Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində şirkətlər şəbəkəsi işlədib. Bu şirkətlərdən biri də Royal Holding A.S.-dir. Jamshidy də orada çalışıb. Şübhəlilərin sanksiyalara baxmayaraq, İran hökuməti və biznesləri adından milyonlarla dollar məbləğində əməliyyatlar apardığı bildirilir.

Rıza Zərrab türkiyəli müğənni Ebru Gundesin həyat yoldaşıdır.

Türkiyəli müğənni Ebru Gundes əri Reza Zarrab ilə, 2013-cü il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.