Əbru Gündeş ərini tutmağa gələn qrupdan nə xahiş etdi? – VİDEO

Əbru Gündeş ərini tutmağa gələn qrupdan nə xahiş etdi? – VİDEO

Amerikada həbs olunan və 75 il həbsi istənilən Rza Zərrabın nəzarətə alındığı zaman yanında olan qızının pis olmaması üçün Əbru Gündeş vəziyyətdən çıxış yolu tapıb.

 

Türkiyədə 17 dekabr korrupsiya əməliyyatında yaxalanıb 70 gün həbs yatdıqdan sonra sərbəst qalan iş adamı Rza Zərrab, İrana qarşı sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı ittihamlarından Miamidə həbs olundu. Prokurorluq Zərrab üçün 75 il həbs istədi.

 

ƏBRU GÜNDEŞ ŞOKA GİRDİ

 

Nəzarətə alındığı zaman həyat yoldaşının yanında olan Əbru Gündeşin hadisə qarşısında böyük bir şok yaşadığı və uzun müddət özünə gəlmədiyi öyrənilib. Digər tərəfdən, Gündeşin Zərrabı almağa gələn FBI şöbə müdirinə qızının pis olmaması üçün “Ərimin dostu kimi davranın” xahişini edib.

 

QIZLARINI DİSNEYLAND-a APARMIŞDILAR

 

Əbru Gündeşin vəkili Şeydə İldırım, məsələ ilə bağlı bunları söylədi: “ABŞ-a şənbə günü xanımı və qızı ilə istirahətə getmişdilər. Qızlarını Disneyland-a aparmışdılar. Orada bir vəkil qrupumuz var. Rza bəyin yanındadırlar. Mən də bir neçə gün ərzində gedəcəyəm. Mən onu müdafiə etmək üçün gedəcəyəm. Buradan hər şeyi təqib etdim. Belə bir qərar gözləmirdik. Özü də belə bir şey gözləmirdi. Xanımı və qızı hələ də Miamidir, prosesi təqib edirlər”.

 

QIZI ÜÇÜN İSTANBULA QAYITDI

 

Həyat yoldaşı  ilə bağlı məhkəmə prosesini yaxından təqib edən Əbru Gündeş, uşaq bağçasına gedən qızının hadisələrdən daha çox təsirlənməməsi üçün İstanbula qayıtdı.

 

Print Friendly, PDF & Email