Obama Kubada pərt oldu – Kastro onun əlini geri çevirdi

Obama Kubada pərt oldu – Kastro onun əlini geri çevirdi

Kubada səfərdə olan Barak Obama  xoşagəlməz məqamla rastlaşıb. Kubanın prezidenti Raul Kastro ABŞ-ın prezidenti Barak Obamaya onun çiyninnə əl vurmağa icazə verməyib.

Ötən gün 88 ildən sonra ABŞ prezidenti Havanaya  səfər edib. Mətbuat konfransından sonra iki ölkənin lideri görüşüblər.  Barak Obama dostluq rəmzi kimi Kastronun çiyninə əlini qoymaq istəyib. Lakin Raul Kastro Obamanın əlini geri çevirib. O, Obamanım əlini yuxarı qaldıraraq silkəliyib. Kastronun hərəkətini B.Obama gülərək qarşılayıb.

iFrame

Barak Obama və Raul Kastro

Barak Obama Kubaya səfər edib

Barak Obama Kubaya səfər edib

Barak Obama ailəsi ilə birlikdə Havanada

Barak Obama ailəsi ilə birlikdə Havanada

Əlavə edək ki, Raul Kastro Barak Obamanı hava limanında qarşılamayıb. ABŞ prezidenti ailəsi ilə bərabər gəlib. Onlar yağışlı havada Havanın küçələrini gəzib. Bir müddət əvvəl ABŞ və Kuba qarşılıqlı olaraq səfirliklərin açılışını edib. Ötən ilin Iyulun 20-də Vaşinqtonda Kuba səfirliyinin açılışı olub və bu ölkənin bayrağı qaldırılıb. Həmçinin ABŞ Dövlət Departamentinin binasında digər ölkələrləÿyanaşı, Kubanın da bayrağı  dalğalandırılıb.

ABŞ-Kuba münasibətləri Fidel Kastronun 1959-cu ildə iqtidara gəlişindən sonra pozulub .İki ölkə 1961-ci ildən kəsilən diplomatik əlaqələri yenidən əvvəlki axarına qaytarmaq üçün təmaslarını davam etdirir.

Barak Obama qızı ilə birlikdə Havanada

Barak Obama qızı ilə birlikdə Havanada

Print Friendly, PDF & Email