PKK-nın qadın lideri öldürüldü

PKK-nın qadın lideri öldürüldü

Türkiyədə PKK terror təşkilatının aktiv qadınlarından biri keçirilən əməliyyatla zərərsizləşdirilib. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, terror qruplaşmasının aşağı qolu YPS-nin (Yekineyen Parastina Sivil – Mülki Müdafiə Birlikləri) qadın təşkilatının lideri Berivan Avesta öldürülüb.

Həmçinin keçirilən əməliyyatda Saleh Batmaz adlı terrorçu da öldürülüb.

Türkiyə Baş Qərargahı yaydığı bəyanatda YPS üzvü 8 terrorçunun daha məhv edildiyini qeyd edib. Bəyanatda həmçinin, kustar üsulla hazırlanmış 12 bombanın zərərsizləşdirildiyi, 2 ton partlayıcı maddənin aşkarlanaraq götürüldüyü bildirilir.

Şırnak şəhərinin Yeşilyurt, Yeni Dəclə, Cümhuriyyət, İsmet Paşa və Bahçelievler məhəllələrində əməliyyatların davam etdiyi bildirilir.

Martın 13-də Türkiyənin paytaxtı Ankarada, 19-da İstanbul şəhərində çox sayda insanın ölümü ilə nəticələnən terror hasdisələri baş verib. Hər iki teraktın məsuliyyətini də PKK terror təşkilatı öz üzərinə götürüb. Bundan sonra terror təşkilatına qarşı intensiv əməliyyatlar başlayıb.

Print Friendly, PDF & Email