Ərdoğandan sensasion bəyanat

Ərdoğandan sensasion bəyanat

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sensasion bəyanatla çıxış edib.

Bugünkü çıxışında Türkiyənin dövlət başçısı dünən Brüsseldə terror aktı törətmiş şəxsin bir müddət əvvəl Türkiyədə saxlanılaraq gəldiyi ölkəyə deportasiya olunduğunu, lakin Belçika hüquq mühafizə orqanları tərəfindən azadlığa buraxıldığını deyib.

Virtualaz.org xatırladır ki, Ərdoğan bundan əvvəl də Avropa ölkələrinin hakimiyyət dairələrini Türkiyənin deportasiya etdiyi şəxslərlə həddindən artıq yumşaq davrandıqlarına və terrorçulara qoşulmaq ittihamı ilə gəldikləri ölkələrə geri göndərilən potensial cinayətkarları heç nə olmamış kimi azadlığa buraxmalarına görə qınamışdı.

Print Friendly, PDF & Email