Alyans sədri ombudsmana orden verdi

Alyans sədri ombudsmana orden verdi

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Moldovada görüşlər keçirib.

Alyansın sədri Moldova ombudsmanı Aureliya Qriqoriu ilə də görüşüb.

Görüşdə iki ölkə arasındakı münasibətlər, əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan-Ermənistan. Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Həmçinin, alyans sədri ombudsmanın Ermənistanın işğalçı siyasəti ilə bağlı çıxışına da toxunub.

Görüşün sonunda alyansın sədri tərəfindən Moldova ombudsmanı Aureliya Qriqoriu “Şərəf” ordeni ilə təltif olunub. E.Məmmədov Azərbaycan-Moldova konqresinin sədri Vüqar Novruzovla da görüş keçirib.