Hersoqinya Keyt Middlton ilk dəfə televiziyaya müsahibə verdi

Hersoqinya Keyt Middlton ilk dəfə televiziyaya müsahibə verdi

Kembric hersoqinyası Keyt Middlton ilk dəfə televiziyaya müsahibə verib. O, Britaniyanın ITV kanalına müsahibəsində övladları şahzadə Corc və şahzadə Şarlottanın kraliça 2-ci Yelizavetta ilə münasibətlərindən danışıb.

Aprelin 21-də kraliça 2-ci Yelizavettanın 90 yaşı tamam olacaq. Bu münasibətlə Böyük Britaniyanın ITV telekanalı kral ailəsinin üzvlərinin kraliça ilə münasibətlərindən bəhs edən sənədli film hazırlayır. Filmin çəkilişləri zamanı Ketrin Middlton bunları deyib: “Corc ona “Baba” deyə müraciət edir. Biz sarayda qalanda, kraliça həmişə uşaq otağına kiçik hədiyyə qoyur. Bu, onun öz ailəsinə sevgisinin daha bir simvoludur. Qızımızın dünyaya gəlməsi isə hamı üçün xüsusi hadisə idi. Bəxtim gətirib ki, Corcun bacısı var. Kraliça da qızımız doğulanda çox sevinmişdi”.

Bir qayda olaraq, kraliça ad gününü ailə və dostları ilə qeyd edir, ictimai tədbirlər isə iyunun birinci və ya ikinci şənbə günündə Monarxın doğum günündə keçirilir. Bu il yubiley şərəfinə böyük miqyaslı tədbirlər planlaşdırılıb. İyunun 11-də Monarxın doğum günündə ənənəvi kral qüvvələrinin paradı keçiriləcək, iyunun 12-də isə geniş ictimaiyyət üçün piknik təşkil ediləcək. Bu piknikə düşmək üçün xüsusi bilet əldə etmək lazımdır.

Film martın 27-də nümayiş olunacaq.

Print Friendly, PDF & Email