Obama argentinalı rəqqasə ilə tanqo oynadı

Obama argentinalı rəqqasə ilə tanqo oynadı

Argentinaya səfər etmiş ABŞ prezidenti Barak Obama Buenos Ayresdə aparılan rəsmi danışıqlardan sonra argentinalı həmkarının dəvəti ilə şam yeməyi ziyafətində iştirak edib.

İkitərəfli münasibətlərin inkişafından danışan Argentina prezidenti Makri Maurisio Obamanın Argentinaya ən münasib vaxtda, dövlətin bütün dünya ölkələri ilə sağlam və səmərəli münasibətlər qurmağa çalışdığı bir zamanda səfər etməsini təqdir edib.

Rəqs səhnəciyindən sonra Makri Ağ Ev rəhbərini peşəkar rəqqasə ilə tanqo rəqs etməyə dəvət edib. Əvvəlcə buna razılaşmayan Obama Makrinin təkidlərindən sonra rəqs meydanında öz bacarıqlarını ortaya qoyub. Birinci xanım Mişel Obama isə həmin vaxt tanqo rəqqası ilə birgə rəqs edib.

Obama tanqo rəqs edərkən

Obama birinci dəfə deyil ki, səfər vaxtı rəqs edir. O, ötən il sentyabrın 3-də Alyaskada səfərdə olarkən terli xalq rəqslərini oynamışdı. Prezident Dillinqhem şəhərində məktəblərdən birində səhnəyə çıxaraq müəllimlərlə birlikdə bəzi rəqs hərəkətləri etmişdi.

İyul ayında isə Keniyada səfərdə olarkən afrikalılarla birgə rəqs edib.

Obama Argentinaya martın 23-də Latın Amerikası turnesi çərçivəsində səfər edib. Bundan əvvəl isə o, Kubada tarixi səfərdə olub.  (ANSPRESS)

Print Friendly, PDF & Email