Bakıda 2,5 milyonluq yol tikintisi başlayır

Bakıda 2,5 milyonluq yol tikintisi başlayır

Bakıda yol tikintisi başlayır. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında prezidentin sərəncamına uyğun olaraq 26 mart tarixindən etibarən sözügedən avtomobil yolunda tikinti işlərinə start verilir.

Tikinti işlərinə Bilgəh qəsəbəsi, sahilyanı ərazidən Maştağa qəsəbəsi istiqamətinə doğru başlanılır. Tikinti işlərinin aparıldığı ərazilərdə hissə-hissə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. “Sürücülərdən tikinti işlərinin başlanmasını nəzərə alaraq öncədən alternativ hərəkət istiqamətləri seçmələri tövsiyyə olunur”, deyə ASC-dən bildirilib.

Adıçəkilən yolun təmiri ilə bağlı prezident sərəncamı mart ayının 7-də imzalayıb. Sərəncama əsasən 63 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Maştağa-Bilgəh avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,5 milyon manat ayrılıb.

Yolda tikinti aparıldığını bildirən nişan