Rusiyada azərbaycanlıların kütləvi məzarlığı ilə bağlı YENİ SƏNƏDLƏR

Rusiyada azərbaycanlıların kütləvi məzarlığı ilə bağlı YENİ SƏNƏDLƏR

İkinci Dünya Müharibəsi zamanı Smolensk ətrafında döyüşlərdə həlak olan bir neçə azərbaycanlı ilə bağlı məlumatlar tapılıb.

Bu barədə Ümumrusiya Azərbaycanlıları Konqresi Moskva vilayəti üzrə regional şöbəsinin icraçı direktoru Şamil Tağıyev bildirib.

İcraçı direktorun bildirdiyinə görə, həmyerlilərimiz 1942-ci il 23-26 mart aralığında Smolensk vilayətinin Kuvşinovo-Pitomnik kəndi yaxınlığında gedən döyüşlərdə həlak olublar. Bu hadisədən keçən 74 il ərzində onlar itkin düşmüş sayılıblar: “Onlar haqda indiyədək heç bir məlumat olmayıb. “Rubej” Axtarış Birliyinin sədri Aleksandr Tumanov mənə zəng edib bildirdi ki, yeni arxivlər əldə ediblər və orada xeyli azərbaycanlının adı var.

Aleksandr Tumanovun bildirdiyinə görə, hazırda həmyerlilərimizin cəsədlərinin qalıqları adbaad səliqəylə toplanıb. Biz həmin qalıqları Azərbaycana da göndərə bilərik. Əgər bu adamların yaxınları, qohumları sağdırlarsa, müraciət etsinlər. Düzdür, üstündə çox vaxt keçib, amma yenə də onların kimisə tapıla bilər”. Tumanovun dediyinə görə, qohumları tapılmasa belə, 9 may Qələbə Günü ərəfəsində onlar qardaşlıq qəbiristanlığında dəfn ediləcəklər.

Biz, sizə həmin döyüşdə həlak olmuş həmyerlilərimizin siyahısını təqdim edirik.  Siyahıda döyüşçünün adı, atasının adı və soyadıyla yanaşı, təvəllüdü və cəbhəyə hansı hərbi komissarlıqdan çağırılmasıyla bağlı qeydlər var. Onlardan kimsə sizin babanız, atanız, yaxın qohumunuz ola bilər.

Sultanov Ağasuvar Xankişi oğlu, 1911, Əli Bayramlı şəhəri

İsayev Əşir Kərim oğlu, 1913, Nuxa (Şəki)

Əliyev Şükür, 1909, Əli Bayramlı

Səfərov Məhəmməd Əli oğlu, 1908, Tərtər

Süleymanov Əhməd, 1907

Astanov Səməd, 1917, Tovuz rayonu

Mayılov Qurbani Xudaş oğlu 1915, Yardımlı

Mitayev Orucəli Orucəli oğlu 1907, Əli Bayramlı

Məmmədov Süleyman Müslüm oğlu, 1908, Tovuz

Abiyev Həbibi Qadjamoviç, 1913, Qusar

Səfərov Əliqulu ,1909, Əli Bayramlı

İzbəyov İbad, 1920

Mustafayev Əli, 1914, Salyan rayonu

Cabbarov Salah Abdul oğlu, 1920,  Zəngilan rayonu

Quliyev  Ələkbər, 1905, Ağdam rayonu

Bəşirov Asən, 1909, Əli Bayramlı

Qədimov Qalib, Musa oğlu, 1915, Nuxa (Şəki)

Ağəmmədov Həsən Haqverdi oğlu, 1916, Qax

Quliyev Süleyman Məzi oğlu, 1902

Quliyev Sərhəd, Əli Bayramlı

Vəliyev Mehralı Ağabala oğlu, 1905, Nuxa (Şəki).

Print Friendly, PDF & Email