Şamaxıda zəlzələ olub

Şamaxıda zəlzələ olub

Şamaxı rayonunda yüngül zəlzələ olub.

Bu xəbəri Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb.

Xəbərə görə, martın 24-ü yerli vaxtla saat 18:07-də Qobustan stansiyasından 35 km cənubda, Şamaxı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Zəlzələnin maqnitudası 3.1, dərinliyi 5 km olub.

Print Friendly, PDF & Email