Türkiyə millisi İsveçə qalib gəldi

Türkiyə millisi İsveçə qalib gəldi

Avropa çempionatına hazırlaşan Türkiyə millisi yoxlama oyunu keçirib. Baş məşqçi Fatih Terim yetirmələrini İsveçlə oyunda sınayıb.

Antalyadakı eyniadlı arenada baş tutan oyunda 2 qol vurulub. Hesabı 32-ci dəqiqədə Ozan Tufanın ötürməsindən sonra Cenk Tosun açıb. İsveçlilərin bərabərlik axtarışı 74-cü dəqiqədə nəticə verib. Emir Kuyoviçin ötürməsini dəyərləndirən Andreas Qranqvist bərabərliyi təmin edib. Hücumları davam etdirən Türkiyə qələbə qolunu vura bilib. Yenə Cenk Tosun fərqlənib. O, bu dəfə Selcuk İnanın ötürməsindən sonra fərqlənib.

Qeyd edək ki, Türkiyə millisi martın 29-da səfərdə Avstriya, İsveç evdə Çexiya ilə qarşılaşacaq.

Türkiyə millisi

Türkiyə millisi
Yoxlama oyunu
24 mart
Türkiyə – İsveç 2:1
Qollar: Cenk Tosun, 32; 81 – Andreas Qranqvist, 74.
Türkiyə: Volkan Babacan, Hakan Balta (Ahmet Yılmaz Çalık, 38), Mehmet Topal, Caner Erkin, Gökhan Gönül, Selcuk İnan, Oğuzhan Özyakup (Alper Potuk, 62), Ozan Tufan (Çağlar Söyüncü, 90+4), Arda Turan (Olcay Şahan, 90+1), Volkan Şen (Kerim Frei, 75), Cenk Tosun (Yunus Mallı, 82).
Ehtiyat oyunçular: Harun Tekin, Muammer Yıldırım, Şener Özbayraklı, İsmail Köybaşı, Nuri Şahin, Yasin Öztekin.
Baş məşqçi: Fatih Terim.
İsveç: Robin Olsen, Maykl Lustiq, Andreas Qranqvist, Viktor Nilsson, Ludviq Auqustinsson, Cimmi Durmaz (Sebastian Larsson, 46), Kim Kallstrom (Pontus Vernbloom, 71), Albin Ekdal (Oskar Hilyemark, 81), Erkan Zengin (Emil Forsberq, 62), Con Quydetti (Emir Kuyoviç, 62), Markus Berq.
Ehtiyat oyunçular: Andreas İsaksson, Martin Olsson, Aleksander Miloşeviç, Yohannes Hopf, Emil Salomonsson.
Baş məşqçi: Erik Hamrem.
Sarı vərəqə: Kim Kallstrom, 55.
Hakimlər: Danni Makkelie, Hessel Steeqstra, Patrik Lanqkamp (Hollandiya), Mete Kalkavan (Türkiyə).
Antalya. “Antalya Arena”.

Print Friendly, PDF & Email