Ərdoğan fəxri doktor oldu

Ərdoğan fəxri doktor oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Belçikada hərəkət edən canlı bombaların İŞİD üzvü olması heç kimi aldatmasın. Maraq toqquşması içinə girdiyi an separatçı təşkilatın fərqli hərflərlə özünü ifadə edən strukturlarından hər hansı birinin əməkdaşı da analoji terakt edə bilər. İstər Avropada, istər Amerikada, istərsə də Rusiyada” deyib.

 

Prezident Ərdoğan Akdağ Konqres Mərkəzində keçirilən “İqtisad siyasəti üzrə fəxri doktor” adlı təqdimetmə mərasimində terror təşkilatlarının dininin, vətəninin, irqinin, millətinin olmadığını vurğulayıb.

 

“Günahsız bir insana əgər siz silah doğrultsanız, sizin insanlıqla əlaqəniz yoxdur” deyən Ərdoğan “Əgər siz PKK yaxşıdır, PYD terror təşkilatı deyil, desəniz, yalnız özünüzü aldatmış olursunuz. Əlimizdə sənədlər var. Bunların başçıları bu sənədlərdə bu adları istifadə edir. Keçən dəfə Bərzani də verdiyi açıqlamada, bunların hər ikisinin də eyni olduğunu özü açıq dedi. Ey dünya, ey Qərb, sadəcə sizə istehza edirlər” bildirib.

 

 Bumeranq kimi dönər, bir gün səni də vurar

 

“Dəvəquşu kimi başını quma basdırsa da ortadakı həqiqəti dəyişməyəcək” deyən Ərdoğan sözünə belə davam edib:

 

“Yaxın günlərdə Belçika hökumətini tənqid etmişdik, qoynunuzda ilan bəsləyirsiniz, hər an sizə hücum edə bilər, deyə xəbərdarlıq etmişdim. Təəssüf ki, Belçikanın bu gün vəziyyəti ortadadır. Biz Qaziantepdə tuturuq, Belçikaya ekstradisiya edirik və Belçika bunu sərbəst buraxır. Azad etdiyi insanlar bu fəlakəti, bu terror aktını həyata keçirirlər. Eyni xəbərdarlığı PYD terror təşkilatına və digər ölkələrə də edirəm. Belçikada hərəkət edən canlı bombaların İŞİD üzvü olması heç kimi aldatmasın. Maraq toqquşması içinə girdiyi an separatçı təşkilatın fərqli hərflərlə özünü ifadə edən strukturlarından hər hansı birinin əməkdaşı da analoji terakt edə bilər.

 

İndi Rusiya zənn edir ki Moskvada mən bunlara ofis açdırtdım, bol-bol da silah verirəm, bumeranq kimi dönər, bir gün səni də vurar. Bunu da bil. Ankarada məsum xalqı hədəfə alan, hərəkət edən təşkilat, onsuz da heç bir bəşəri və əxlaqi meyarı qalmamış bir quruluşdur. Onlar üçün Ankara ilə Londonun, İstanbul ilə Berlinin, Newyork ilə Moskvanın fərqi yoxdur ki. Bu həqiqəti görmək üçün dəbdəbəli titullara malik olmağa ehtiyac yoxdur. Hər şey bütün çılpaqlığı ilə ortada. Siz terrorçulara bu və ya digər əsasla qucaq açır, birlikdə yol getməyə qalxarsınız, o terrorçu nəhayət silahını, qumbarasını sizə də çevirər. Damdan düşənin halından damdan düşən anlar – deyib Nəsrəddin Xoca. Bu, bizə miras qalan bir sözdür. Biz sadəcə separatçı təşkilatla mübarizəni 30 ildən çox aparan bir ölkəyik. Yəni terror məsələsində bizdən daha yaxşı, daha real, daha işə fayda tövsiyə verən başqa bir ölkə tapa bilməzsiniz”.

 

 Terrorun gözü kordur

 

“Terror təşkilatları qarşısında prinsipial bir mövqe nümayiş etdirmək lazımdır” deyən Ərdoğan, Avropada çox sayda terrorçu olduğunu, sadəcə bir ölkəyə 4 min fayl təslim etdiklərini söyləyib.

 

Prezident Ərdoğan, danışmasını belə davam etdirib:

“Daha sonra Hökumət başçısına dedim ki baxın 4 min fayl verdim mən sizə. O gündən bu günə ən kiçik bir irəliləyiş yoxdur. Nə dedi mənə bilirsinizmi? Dedi ki, o faylların sayı indi 4 min 500 olub, hamısı məhkəmədə. “Sizin məhkəmə bu qədər ağırmı çalışır?” dedim. Xanı gecikən ədalət, ədalət deyil ki, deyirdiniz, bizə həmişə belə deyirdiniz, nədir bu gördüyünüz? Hazırda onlar da qaçqın məsələsində yandım deyənlərdən biridir. Terror onları da vuracaq. Bizim atalarımızın gözəl bir sözü var, ağılsız başın cəzasını ayaqlar çəkər. Biz də dəyanətsiz rəhbərlərin cəzasını, günahsız insanlar çəkməsin deyə, bu xəbərdarlıqları edirik”.

 

Ərdoğan Bozok Universitetinin Türkiyənin 2023 hədəfləri kimi, ölkənin və millətin gələcəyinə sahib çıxma məsələsində də qabaqcıl və nümunəvi universitet olacağına inandığını ifadə edərək, özünə layiq görülən fəxri doktoru adı üçün Bozok Universitetinin rəhbərliyinə minnətdarlığını bildirib, alimlərə də uğurlar arzu edib.

 

Rektor Karacabeyin dəvəti ilə kürsüyə çıxan Ərdoğan Bozok Universiteti embleminin olduğu akademik cübbəsini geyib. Rektor Karacabey Prezident Ərdoğana fəxri doktor diplomunu verib.

 

Prezident Ərdoğana rektor Karacabey tərəfindən Tənzilə Ərdoğan Xatirə Meşəsi sertifikatı da verilib.

 

Dövlət başçısı mərasimindən sonra konqres mərkəzi qarşısındakı sahəyə Bozok Universiteti səfəri xatirəsinə şam ağacı əkib.