Davudoğlu Polad Ələmdarı da “Dost məclisi yeməyi”nə çağırdı

Davudoğlu Polad Ələmdarı da “Dost məclisi yeməyi”nə çağırdı

Türkiyənin Baş naziri Əhməd Davudoğlu, mədəniyyət və sənət dünyasının tanınmış isimləri ilə “Dost məclisi yeməyində” bir araya gəlib.

Başbakan Davutoğlu, Dolmabahçe'de Ünlü İsimlerle Bir Araya Geldi

 MƏDƏNİYYƏT VƏ SƏNƏT DÜNYASINDAN 70 DƏVƏTLİ

Amirxeyir.com xəbər verir ki, Dolmabaxçada Baş nazirin iş ofisindəki ziyafətə, Ailə və sosial siyasətlər naziri Səma Ramazanoğlu, Ətraf mühit və şəhərsalma naziri Fatma Güldemet Sarı, Mədəniyyət və turizm naziri Mahir Ünal, AK Partiya sədrinin köməkçisi Çiğdem Karaaslan, İstanbul Böyükşəhər bələdiyyə başçısı Kadir Topbaş ilə mədəniyyət və sənət dünyasından təqribən 70 dəvətli iştirak edib.

DAVUDOĞLUNUN QIZI DA İŞTİRAK EDİR

Baş nazir Davudoğlunun qızı Səfurə Davudoğlunun da iştirak etdiyi nahar ərəfəsində bəzi sənətçilər mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

EDİZ HUN: BİR-BİRİMİZLƏ BİRLƏŞMƏYİMİZİN VACİBLİYİNİ VURĞULAMAQ ÜÇÜN BURADAYAM

Ediz Hun Baş nazir Davudoğlunun dəvəti ilə tədbirə qatıldığını deyib. Birlik və bərabərliyin çox əhəmiyyətli olduğunu vurğulayan Hun “Çətin günlərdə, gənclərimizi itirməkdə olduğumuz günlərdə bir-birimizlə sevgi, bağlılıq içində birləşməyimizin vacibliyini vurğulamaq, dəstək vermək üçün buradayam” deyib.

 İSMAYIL ACAR: MƏDƏNİYYƏT SİYASƏTİNİ DANIŞACAĞIQ

Rəssam İsmayıl Acar isə bildirib ki, Hökumətin yürüdəcəyi mədəniyyət siyasətini müzakirə edəcəklər: “Bu barədə öz fikirlərimizi də ortaya qoyacağıq”.

OSMAN SINAV: BAŞ NAZİR MƏDƏNİYYƏT-SƏNƏT PLANINI AÇIQLAYACAQ

Rejissor Osman Sınav Baş nazir Davudoğlunun bir mədəniyyət-sənət paketini açıqlayacağını deyib: “Biz də zənnimcə bu plandan xəbərdar olacağıq. İnşallah mədəniyyət və incəsənət sahəsində ölkəmizdə nələr edəcəyimizi düşünəcəyik. Mədəniyyət və incəsənət naminə ölkənin gündəmi nə olursa olsun, mütləq ciddi addımlar atılması lazımdır. Yəni hökmən siyasi gündəm hər şeyi müəyyən etməməlidir. Mədəniyyət və sənət adına atılacaq addımlar da çox əhəmiyyətlidir. Məhz gələcəyi müəyyənləşdirəcək olan şey, mədəniyyət və incəsənət sahəsindəki gündəmdir”.

 BAŞ NAZİR İLK DƏFƏ BU QƏDƏR ÇOX MƏŞHUR ADLA BİR ARADA

Baş nazir Davudoğlu, mədəniyyət və sənət dünyasından məşhur adlarla ilk dəfə bu qədər geniş tərkibli bir toplantıda bir araya gəlib. Baş nazir Davudoğlunun digər sənət sahələrinə yönəlik xüsusi görüşlər də keçirəcəyi, “Dost məclisi yeməyində” yer almayan adların də belə toplantılara dəvət ediləcəyi bildirilib.