Putin Con Kerri ilə məzələndi – VİDEO

Putin Con Kerri ilə məzələndi – VİDEO

Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın dövlət katibi Con Kerri amerikalı diplomatın Moskvaya gətirdiyi qırmızı çamadanla bağlı zarafatlaşıblar.

Görüş zamanı Putin dövlət katibinə təyyarədən enərkən çamadanını daşımaqda ona heç kimin kömək etməməsinə təəccüblənib və buna görə məyus olduğunu deyib: “Sonra fikirləşdim ki, bəlkə çamadanda elə qiymətli şey var ki, Siz onu heç kimə etibar etmirsiniz? Məsələn, həlli vacib məsələləri yoluna qoymaq üçün pul?!”.

Prezident sonra əlavə edib ki, “zarafat öz yerində”, amma Kerrini gördüyünə şaddır: ” Çünki onunla həmişə ortaq məxrəcə gəlmək olur”.

Kerri isə öz növbəsində Putinlə təkbətək görüş zamanı portfelin içindəkini ona göstərəcəyini söyləyib: “Düşünürəm ki, bu Sizin üçün xoş bir sürpriz olacaq”. (Virtualaz.org)