Ceyn Ostinin romanı əsasında “Sevgi və dostluq” adlı film çəkilib

Ceyn Ostinin romanı əsasında “Sevgi və dostluq” adlı film çəkilib

Britaniyalı yazıçı Ceyn Ostinin “Ledi Syuzan” romanı əsasında “Sevgi və dostluq” adlı film çəkilib.

Romanda olduğu kimi, filmdə də əsas qəhrəman 35 yaşlı dul qadın Syuzan Vernondur. O, qızını uğurla ərə verib özü də yenidən ailə qurmaq istəyir. Hiyləgər və riyakar Ledi Syuzan roluna ekran həyatını Keyt Bekinseyl verib, onun bədbəxt qızını isə Xloya Sevinye canlandırır. İntriqa və qalmaqallarla dolu filmdə digər rolları Zavyer Semyuel, Emma Qrinvell və başqaları canlandırır.

Print Friendly, PDF & Email