Televiziya tarixində ən irimiqyaslı döyüş səhnəsi nümayiş olunacaq

Televiziya tarixində ən irimiqyaslı döyüş səhnəsi nümayiş olunacaq

“Taxt-tac oyunu” serialının yeni mövsümü təkcə süjet xəttinin gözlənilməz dəyişiklikləri ilə deyil, həm də televiziya tarixində ən irimiqyaslı döyüş səhnəsi ilə yadda yadacaq.

Televiziya tarixində ən irimiqyaslı döyüş səhnəsi nümayiş olunacaq

Aprelin 24-də ABŞ-ın HBO kanalında “Taxt-tac oyunu” serialının altıncı mövsümü start götürəcək. Premyera ərəfəsində layihənin prodüseri və ssenari müəllifi Brayan Koqman bildirib ki, serialda tamaşaçıları möhtəşəm döyüş səhnəsi gözləyir. “Belə bir şey heç yerdə nümayiş olunmayıb. Süjeti, büdcəni, zamanı və resursları cəmləşdirmək üçün uzun müddətdir ki, gözləyirdik” – deyə, Koqman açıqlayıb. Digər ssenarist Devid Benioffun sözlərinə görə isə rejissor Miqel Sapoçnik bu döyüş səhnəsinin hazırlıqlarına bir ay vaxt sərf edib: “Bunun üçün bizə çoxlu sayda aktyor, kaskadyor və atlar lazım oldu”.

Qeyd edək ki, “Taxt-tac oyunu”nun aktyorları müsahibələrində yeni mövsümlə bağlı açıqlamalar vermişdilər. Con Snou rolunun ifaçısı Kit Harinqton bildirmişdi ki, onun qəhrəmanı həlak olub.