Poroşenko: Rus qoşunları burdan rədd olsun

Poroşenko: Rus qoşunları burdan rədd olsun
Ukrayna prezidenti Petro Poroşenko Donbas bölgəsinə səfər edib.
Bölgədə sülhün bərpa olunmasının vacibliyindən danışan Poroşenko rus qoşunlarını bölgədən “rədd olmağa” çağırıb.
“Sülhün bərpa olunması çox önəmlidir. Qoy Donbasda tank səsi eşidilməsin, toplardan atəş açılmasın, ukraynalılar ölməsin.
Qoy nəhayət ki, Minsk razılaşmaları qüvvəyə minsin, rus qoşunları burdan rədd olsun. Burdan ukraynalılar adından müraciət edirəm: Rədd olun”.
Xatırladaq ki, rəsmi Moskva qoşunlarının Ukraynada olmasını inkar edir.
Print Friendly, PDF & Email