Sidneydə qeyri-adi ictimai mərkəz tikiləcək

Sidneydə qeyri-adi ictimai mərkəz tikiləcək

Yapon memar, “Kengo Kuma and Associates” memarlıq şirkətinin təsisçisi Kenqo Kuma Sidneydə qeyri-adi ictimai mərkəzin tikintisinə başlayır.

Altı mərtəbəli “The Darling Exchange” mərkəzinin tikintisi “Aspect Studios” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Burada ictimai kitabxana, startap layihələr üçün sahələr, uşaq klubu, gözəl mənzərəsi olan bar və digər məkanlar olacaq. Mərkəzi əhatə edən ağac halqalar ona qeyri-adi görüntü bəxş edir. Mərkəzdən kənarda mağazalar və ticarət mərkəzləri, eləcə də yaşıl zona olacaq. “The Darling Exchange” gələcəkdə salınacaq “Darling Square” rayonunun əsas hissəsi olacaq. Onun açılışı 2018-ci ilə planlaşdırılıb.

Sidneydə qeyri-adi ictimai mərkəz tikiləcək

Sidneydə qeyri-adi ictimai mərkəz tikiləcək

Sidneydə qeyri-adi ictimai mərkəz tikiləcək

Sidneydə qeyri-adi ictimai mərkəz tikiləcək