Messi Barselonada restoran açacaq

Messi Barselonada restoran açacaq

Futbolçu Lionel Messi Barselona şəhərində sahəsi min kvadrat metr olan restoran açacaq.

Məkan Bellavista del Jardin del Norte adlanacaq.

Futbolçudan başqa, restoranın sahibləri onun böyük qardaşı Rodriqo Messi, eləcə də məşhur restoranları olan İqlesias qardaşlarıdır. Restoran Enric Granados, 86 ünvanında yerləşəcək və miniatür şəhər şəklində tikiləcək. Burada meydança, bağlar, kiosklar və barlar olacaq.

Qeyd olunur ki, müxtəlif stillərdə tərtib olunacaq hər bir zalda fərqli mətbəxlərin yeməkləri təqdim olunacaq.

Restoranın sahibləri Mişlen ulduzları ilə mükafatlandırılmış aşpazları bura çalışmağa dəvət etmək niyyətindədirlər. Restoranda filmlərə və futbol yayımlarına baxmaq, videooyunlar oynamaq, kitabxanada kitab oxumaq və dequstasiyalar keçirmək mümkün olacaq. Onun ərazisində diskotekalar da keçiriləcək. Bundan əlavə, ziyarətçilər futbolçunun mükafatlarının oxşarlarını da görə biləcəklər.

Print Friendly, PDF & Email