Qonşu ölkələrdən Qarabağ açıqlaması

Qonşu ölkələrdən Qarabağ açıqlaması

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Azərbaycan və Ermənistan rəhbərlərinin Dağlıq Qarabağda yaranmış gərgin vəziyyəti sülh yolu ilə həlli üçün maksimum səy göstərməyə çağırıb.

Ölkə rəhbəri bu bəyanatı ötən gün Tiflisdə baş tutan NATO həftəsi çərçivəsində keçirilən Xalq Diplomatiyasının Beynəlxalq Forumda çıxış edərkən deyib.

“Biz çox ümid edirik ki, Ermənistan və Azərbaycan rəhbərləri maksimum səy göstərəcəklər və gərgin vəziyyətin aradan qaldırılması üçün beynəlxalq birliyin fəal iştirakı ilə dinc, diplomatik vasitələrlə münaqişənin sülh yolu ilə həllinə nail olacaqlar”, – deyə, o bildirib.

Georgi Marqvelaşvili - Gürcüstan prezidenti

Georgi Marqvelaşvili – Gürcüstan prezidenti

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də Qarabağ münaqişənin sülh yolu ilə həllinə çağırıb. Naziri erməni həmkarı ilə telefon danışığında Dağlıq Qarabağda atəşi dayandırmağa və münaqişəsinin sülh yolu ilə nizamlamağa çağırıb.

Məhəmməd Cavad Zərif - İranın XİN başçısı

Məhəmməd Cavad Zərif – İranın XİN başçısı

Hərbi cəhətdən iflasa uğrayan Ermənistan kriminal rejimi son vaxtlar cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə aprel ayının 2-də  növbəti dəfə təxribat törətməyə çalışıb. Bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Print Friendly, PDF & Email