Cazibədar olmağın sınanmış üsullarından biri

Saçların boyanması obrazı dəyişməyin, daha parlaq və cazibədar olmağın sınanmış üsullarından biridir.

Saçların boyanması prosesi mürəkkəb deyil. Çətini saç rənginin göz, dəri rəngini maksimum tündləşdirməsini, insanın zahiri və daxili siması ilə effektli uyğunluq təşkil etməsini əldə etməkdir. İdealda yeni saç rəngi sizin təkrarolunmaz stilinizin əsası olmalıdır.
Saçların melirasiyası, yəni, ayrıca saç tellərinin rənginin açılması və kontrastlı boyanması bu mövsüm populyarlığını qoruyur.

Melirasiyanın bir neçə növü var, ancaq onların hamısı rəngləri növbələyərək, saç tellərinin boyanmasına gəlib çıxır. Nəticədə saç düzümü daha effektli olur və əlavə vizual həcm əldə edir. Ayrıca telləri təbii rəngə konrastlı rənglə boyamaq və ya bir qammanın yaxın çalarlarının melirasiyası üçün istifadə etmək olar. Ancaq Ambassade de la Beaute gözəllik institutunun stilist-saç ustaları bildirirlər ki, üç müxtəlif çalar və rənglərlə eksperiment etməyin mümkün olduğunu bildirirlər. Moda həvəskarlarının çoxu isə boyama zamanı təkcə təbii çalarları deyil, həm də ən maraqlı dəbli parlaq boyaları istifadə etmək olar.

Print Friendly, PDF & Email