Ermənistan daha 4 əsgər itirib

Ermənistan daha 4 əsgər itirib

Ermənistanın müdafiə nazirliyi Dağlıq Qarabağda gedən son döyüşlərdə həlak olmuş daha 4 əsgərinin adını açıqlayıb.

Nazirlik bu məlumatı aprelin 6-da yayıb.

Bunlar sıravi əsgərlər Aram Abramyan, Sarqis Saakyan, Narek Mkrtçyan və Rafik Akopyandır.

Separatçı Dağlıq Qarabağ rejiminin aprelin 5-nə olan məlumatına görə, aprelin 2-dən bu yana təmas xəttində gedən döyüşlərdə erməni tərəfi 29 əsgər itirib, 28 nəfər itkin düşüb, 101 nəfər isə yaralanıb.

Ermənistan tərəfi həmçinin bu döyüşlərdə 14 tank itirdiyini bildirir.