Fransada fahişə qadınlar üçün pul verənlər cəzalandırılacaq

Fransa Parlamentinin alt qanadı fahişə qadınlara pul ödəyənlərin cəzalandırılmasına yönəlik layihəni təsdiq edib.

Layihənin çərşənbə günü də Senat tərəfindən təsdiq olunması gözlənilir. Layihəyə görə pul ödəyərək fahişəlik edənlər ilk tutulanda 1500, ikinci tutulanda isə 3750 avro cərimə ödəmək məcburiyyətində qalacaq.

Bu cinayəti törədənlər həmçinin fahişəliyin zərərləri haqqında kurs görmək məcburiyyətində qalacaq.

Fransada fahişə qadınların küçələrdə müştəri axtarması, fahişəxana işlətmək və fahişə qadını marketinqi 2003-ci ildə qadağan olunub.