İlham Əliyev Berlinə gedəcək

İlham Əliyev Berlinə gedəcək

Prezident İlham Əliyev iyun ayında Berlinə səfərə gedəcək. ANS PRESS-in məlumatına görə, bu sözləri Almaniya kansleri Angela Merkel deyib.

O, Ermənistan prezidenti Serj Sarkisyanla keçirdiyi mətbuat konfransında bildirib ki, İlham Əliyevin səfəri barədə razılıq əldə olunub. “Biz onun nöqteyi-nəzərindən problemləri müzakirə edə bilərik”, – deyə Merkel bildirib.

Prezident İlham Əliyev Almaniyaya son dəfə bu ilin fevral ayında gedib. Həmin vaxt o, Münhen Təhlükəsizlik Konfransındə iştirak edib.

İlham Əliyev səfər çərçivəsində  iştirak etdiyi “Neftin qiymətinin aşağı düşməsi geopolitikası üzrə enerji siyasəti” mövzusunda “dəyirmi masa”da maraqlı çıxışı ilə yadda qalmışdı.

“Bizim üçün bu, müstəqilliyimizin gücləndirilməsi və ölkəmizin müvəffəqiyyət qazanmasının yollarının tapılması mənasını daşıyırdı. O vaxtdan bəri iyirmi il ötüb və biz nəinki neft-qaz sahəsinə böyük investisiyaları cəlb etməyi və önəmli neft və tezliklə təbii qaz istehsalçısına və ixracatçısına çevrilməyi bacardıq, eyni zamanda, neft-qaz sahəsindən əldə etdiyimiz gəlirləri əsasən qeyri-neft sektoruna, xüsusilə infrastruktura yatıra bildik. Buna görə də bizim neft amilindən asılılığımız ötən 5-10 il ərzində əhəmiyyətli dərəcədə azalıb”, – dövlət başçısı vurğulayıb.

İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında

İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında

Prezident deyib ki, buna görə də Azərbaycanın neft və qaz sektoruna əsas neft şirkətlərinin sərmayə yatırmağa dəvət edilməsi bizim üçün təkcə investisiyaların cəlb olunması mənasını daşımırdı.

“Bizim üçün bu, müstəqilliyimizin gücləndirilməsi və ölkəmizin müvəffəqiyyət qazanmasının yollarının tapılması mənasını daşıyırdı. O vaxtdan bəri iyirmi il ötüb və biz nəinki neft-qaz sahəsinə böyük investisiyaları cəlb etməyi və önəmli neft və tezliklə təbii qaz istehsalçısına və ixracatçısına çevrilməyi bacardıq, eyni zamanda, neft-qaz sahəsindən əldə etdiyimiz gəlirləri əsasən qeyri-neft sektoruna, xüsusilə infrastruktura yatıra bildik. Buna görə də bizim neft amilindən asılılığımız ötən 5-10 il ərzində əhəmiyyətli dərəcədə azalıb”, – dövlət başçısı vurğulayıb.

Print Friendly, PDF & Email