Tailandda maraqlı qərar: Su festivalında seksi paltar geyinən qadınlar həbs olunacaq

 

Tailandın baş naziri Prayut Chan-ocha yaxınlaşan Su festivalında bədənlərini çox göstərən, ya da çox seksi paltar geyən qadınların həbs olunacağını bildirib.

Songkran kimi tanınan Su bayramında xalq küçələrə çıxıb bir-birinə su ataraq əylənir. Su bayramı səbəbiylə milyonlarla turist də Tailanda gedir. Qadın və Kişi Müştərək Hərəkəti Fondunun apardığı sorğudan su bayramına qatılan qadınların 52 faizinin cinsi istismara məruz qaldığı və bu qadınların 86 faizinin vəziyyətdən narahat olduğu açıqlanıb.

Baş nazir Chan-ocha bununla bağlı belə bəyanat verib: “Bu Songkranda qadınlar və transeksullar uyğunsuz şəkildə geyinməyəcəklər və maşınların üstündə rəqs etməyəcəklər. Bunları edən olsa, həbs olunacaqlar, həm də maşın sürücüləri, o cümlədən”.

Chan-ocha bunun səbəbini ölkəyə gələn əcnəbilərin yanlış olaraq seksi paltarlar geyinmələri ilə əlaqələndirib.

Hər ilin aprel ayında reallaşan su bayramı tətilinin 13-17 aprel arasında olacağı rəsmiləşib.

https://www.youtube.com/watch?v=jkiPDXq_CRc

Print Friendly, PDF & Email