Toyota və Microsoft “ağıllı” avtomobil yaradacaq

Toyota və Microsoft “ağıllı” avtomobil yaradacaq

Yaponiyanın Toyota və ABŞ-ın Microsoft korporasiyaları “ağıllı” avtomobilin yaradılmasına dair razılıq əldə ediblər.

Tərəflərin yaradacağı yeni şirkət “Microsoft” texnologiyaları əsasında “Toyota” avtomobillərindən əldə edilmiş “böyük həcmli məlumatların emalı ilə” məşğul olacaq. Məqsədlərdən biri daha müasir pilotsuz robot-maşınların yaradılması, onların məlumat bazalarının və naviqasiya sistemlərinin aktiv yenilənmə mexanizmlərinin icad edilməsidir. Alimlər sahiblərinin vərdiş və tələbatlarını yadda saxlamaq iqtidarında olan avtomobilləri yaratmaq fikrindədirlər.

Məsələn, yeni nəsil avtomobillər sahibinin ən çox xoşladıqları marşrutları yadda saxlayaraq, sürücüdən icazə alaraq park etmə yerlərini öncədən sifariş edə biləcəklər. Bundan başqa, avtomobillər sükanda yerləşdirilmiş xüsusi cihazlar vasitəsi ilə sürücünün səhhətinin vəziyyətini (o cümlədən, nəbzini) izləmək iqtidarında olacaqlar.

Print Friendly, PDF & Email