Lələtəpədən ən son VİDEO Reportaj

Lələtəpədən ən son VİDEO Reportaj

ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Rahib Qərib Ağdam rayonundan son məlumatları çatdırıb. Ağdamın Sarıcalı kəndində olan müxbir bildirib ki, ermənilərin son günlərdə cəbhəyanı kəndləri, mülki vətəndaşların yaşadığı məhəllələri atəşə tutması nəticəsində çoxlu sayda ev yararsız hala düşüb.

 

Hazırda  qarşısında dayandığı evə də  mərmi düşdüyünü söyləyən müxbir qadınların və uşaqların təhlükəsiz yerə aparıldığına görə heç kimin zərər çəkmədiyini bildirib.

 

Gecə saatlarında Goranboyun Tapqaraqoyunlu kəndində çox ciddi atəşkəs pozuntuları qeydə alındığını söyləyən Rahib Qərib kəndin ermənilər tərəfindən artilleriya hücumlarına məruz qaldığını da əlavə edib.

 

ANS-in xüsusi müxbiri Ağdamda son vəziyyət haqqında məlumat verir

 

Daha sonra müxbir ermənilərin atdığı mərmi zərbəsi nəticəsində dağılmış məktəb binasını göstərib.

 

“Vaxtilə bu məktəb Azərbaycan ordusunun  bir bölməsinin yerləşdiyi yer olub. Bu, onu deməyə imkan verir ki,  ermənilər köhnəlmiş kəşfiyyat məlumatları ilə, köhnə koordinatlar əsasında atəş açır. Bəlkə də buranı hərbi obyekt hesab edib vurublar. Bu da məktəbin dağılması ilə nəticələnib. Səhər saatlarında iriçaplı silahlardan atəş səsləri eşidilsə də hazırda nisbi sakitlik hökm sürür”.

 

 

Füzuli rayonundan son məlumatları isə Xatirə Məmmədova çatdırıb. Bildirib ki, çəkiliş qrupu bir qədər əvvəl 23 ildən sonra işğaldan azad edilən Lələtəpə yüksəkliyində olub. Yüksəklikdə Azərbaycan bayrağının dalğalanmasından qürur hissi keçirdiyini söyləyən müxbir yüksəkliyin əldə olunmasının Azərbaycana çox böyük üstünlük qazandırdığını vurğulayıb.

 

“Bu yüksəkliyin azad olunması sayəsində Azərbaycan ordusu Horadiz şəhəri və onun ətrafında olan kəndləri tam nəzarətində saxlaya biləcək. Burada 23 ildir işğal atında olan qəbiritsanlığı ziyarət etdik. Və 23 ildə ilk dəfə bu qəbiristanlıqda Quran sədaları eşidildi”.

 

ANS-in Füzuli rayonuna ezam olunmuş xüsusi müxbiri son məlumatları çatdırır

Print Friendly, PDF & Email