Berlində 30 min çiçəkdən ibarət intallyasiya

Berlində 30 min çiçəkdən ibarət intallyasiya

Londonlu rəssam Rebekka Luiza Lou Berlində ticarət mərkəzinin zalında 30 min çiçəkdən ibarət ekspozisiya yerləşdirib.

Rəngli bağ üçün çiçəkləri hollandiyalı Toll hədiyyə edib. Florist qerberlər, qərənfillər, qortenziya, qızılgül, səhləbçiçəyi və başqa güllərdən istifadə edib. “Ekspozisiya ziyarətçilərin gözlərini oxşamaq, onları cəlb etmək və yazın gəlişini qeyd etmək üçün təşkil edilib”, – deyə Lou bildirib. İnstallyasiya ziyarətçiləri mayın 1-dək sevindirəcək.

Çiçəklərdən olan əsərin miqyasına baxmayaraq, “Berlin bağı” Sinqapurda eyni vaxtda təqdim edilən installyasiyadan çox fərqlənir. Orada 60 min canlı çiçəkdən çilçıraq yaradıblar. Bu nailiyyətə görə installyasiya “Ginnesin rekordlar kitabı”na daxil edilib.