Putin Qarabağı Təhlükəsizlik Şurasında müzakirə etdi

Putin Qarabağı Təhlükəsizlik Şurasında müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının  daimi üzvləri ilə müşavirəsində Dağlıq Qarabağ münaqişəsinə  toxunub.

Bu barədə Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Peskov bildirib ki, müşavirədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət dumasının sədri Serqey Narışkin, Təhlükəsizlik şurasının katibi Nikolay Patruşev, Daxili İşlər Nazirliyinin başçısı Vladimir Kolokolsev, Federal Təhlükəsizlik Xidmətinin başçısı Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkov iştirak edib.

“Müşavirə zamanı daxili, beynəlxalq məsələlərlə bərabər Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də Rusiya tərəfinin göstərdiyi səylər müzakirə olunub”,-deyə Peskov bildirib.

Cəbhə xəttində vəziyyət gərginləşəndən sonra Rusiya  Qarabağ  münaqişəsinin həlli ilə bağlı səylərini artırıb. Aprelin 5-də atəşkəsin əldə olunmasında da Rusiya çox böyük rolu olub.

Təhlükəsizlik Şurasının üzvüləri

Təhlükəsizlik Şurasının üzvüləri

Azərbaycan və Ermənistanın yüksəl rütbəli hərbiçiləri Moskvada görüşərək atəşkəs razılaşması əldə ediblər. Həmçinin atəşkəsdən sonra Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan prezidentlərinə zəng edib. Gərginlikdən sonra Rusiyanın baş naziri Dmitri Medvedev, müanvini Dmitri Roqozin və xarici işlər naziri Sergey Lavrov Azərbaycan səfərə gəliblər. Onların hər biri Bakıda Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Print Friendly, PDF & Email