Vaqif Dərgahlı: “Cəsədləri axtarmağa başlamışıq…”

Vaqif Dərgahlı: “Cəsədləri axtarmağa başlamışıq…”

Təmas xəttinin Ağdərə-Tərtər və Goranboy istiqamətlərində Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə əldə edilmiş “sükut rejimi”nin qüvvəyə minməsindən sonra tərəflər döyüş meydanında qalmış cəsədlərin axtarışına başlayıb.

Virtualaz.org xəbər verir ki, “sükut rejimi” Bakı vaxtı lə saat 15.00-da qüvvəyə minib və axşam saat 20-yə qədər davam edəcək.

RİA Novosti agentliyinin məlumatına görə Beynəlxalq Qırmızı Xaçın iki maşını bir neçə gün əvvəl şiddətli döyüşlərin getdiyi Talış kəndinə gəlib. Razılaşmaya əsasən Azərbaycan və Ermənistan silahlı qüvvələrinin hərbçiləri cəsədləri tapıb götürmək üçün Beynəlxalq Qırmızı Xaçın nümayəndələrinin müşaiyəti ilə müvafiq olaraq təmas xəttinin qarşı hissəsinə keçiblər.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı agentliyə bildirib ki, cəsədlərin axtarışı artıq başlayıb. “Sükut rejimi”nin qorunub saxlanılmasına ATƏT əməkdaşları və Beynəlxalq Qırmızı Xaçın nümayəndələri kömək edir. Axtarışlar Bakı vaxtı ilə saat 20-yə qədər davam edəcək”-o deyib.

Ermənistanın “Hüquqi özbaşınalığa qarşı” ictimai birliyinin rəhbəri Larisa Alaverdiyan isə bildirib ki, erməni tərəfinin əlində Azərbaycan hərbçilərinin cəsədləri var. Lakin əsir götürülən yoxdur. O, erməni tərəfdən itkin düşmüş hesab edilənlərin aqibətinin məlum olmadığını deyib.

Print Friendly, PDF & Email