Dünyanın ən nazik noutbuku – “HP” ilkə imza atdı

Dünyanın ən nazik noutbuku – “HP” ilkə imza atdı

“HP” şirkəti dünyanın ən nazik noutbuku adına iddia edən “Spectre 13” noutbukunu təqdim edib.

13.3 düymlük noutbukun korpusu alüminium (aşağı hissədə çəkinin azalması üçün həmçinin karboksil lifi tətbiq edilmiş) materialından hazırlanıb və qalınlığı 10.4 mm təşkil edir. Müvafiq göstərici üzrə sözügedən qurğu “Apple MacBook” (13.2 mm) və “Dell XPS 13” (15.2 mm) kimi rəqibləri geridə qoyur.

Dünyanın ən nazik noutbuku

Noutbuk güclü “Intel Core i5” prosessoru ilə təchiz edilib. “HP Spectre 13” qurğusunda əməli yaddaşın həcmi 8 QB, daxili daşıyıcının tutumu isə 256 QB-dır. Qurğunun ekranı “FullHD” təsvir ölçüsünə malikdir və sensor deyil. Noutbukun avtonom iş vaxtı 9.5 saat təşkil edir. Bundan başqa, qurğu 3 ədəd “USB-C” (ikisi “Thunderbolt” interfeysini dəstəkləyir) portu və qulaqlıq üçün konnektorla təchiz edilib.

Dünyanın ən nazik noutbuku

Yeni qurğu üçün ilkin sifarişlərin qəbulu 25 aprel tarixindən başlayır və 13 may tarixində “HP Spectre” bazara çıxarılacaq. Noutbukun qiyməti 1170 ABŞ dollarından başlanır.

Dünyanın ən nazik noutbuku

Print Friendly, PDF & Email