İrina Şeyk Bradley Cooper ilə ilk pozasını belə paylaşdı!

İrina Şeyk Bradley Cooper ilə ilk pozasını belə paylaşdı!

Şübhəsiz ki, bu il dünyada ən çox danışılan ikili Bradley Cooper və İrina Şeykdir.

Magazin mətbuatı tərəfindən çəkilən ikilinin bir çox fotoşəkilinin bu günə qədər yayılmasına baxmayaraq, ictimai medianın sıx şəkildə istifadə etdiyi İrina Şeykin sevgilisiylə bir tək pozasını belə paylaşmaması maraq oyandırmışdı.

Məşhur model keçdiyimiz günlərdə gözlənilən addımını atdı. Ancaq fotoşəkildə bir şeylər əskik idi …

Türk fotoqraf Mert Alaş ilə olduqca səmimi bir pozasını paylaşan İrina Şeykin bir müddətdir əlaqədə olduğu Bradley Cooper ilə birlikdə hər hansı bir fotoşəkilini onları sevənlərə təqdim etməməsi diqqət çəkmişdi. Ümumiyyətlə ictimai mediada xüsusi həyatını açıqca paylaşmağa üstünlük verən Şeykdən cümə gecəsi olduqca maraqlı bir paylaşma gəldi. Üzləri görünməyən bir cütün hovuzda səmimi bir pozasını Instagramda paylaşan Şeyk istifadəçilərdə böyük maraq oyatdı. Fotoşəkilə qısa müddətdə minlərlə bəyənmə və şərh gəldi.

Fotoşəkili görən bəzi Cooper pərəstişkarları, kadrda iolan kişinin məşhur aktyor olmadığını iddia edərkən Şeykdən nəyə görə üzlərinin görsənmədiyi sorğulandı. Fotoşəkildəki cütün öpüşdüyü təəssüratı səbəbiylə Cooper və Şeykin birlikdə verdikləri ilk selfie pozası olduğu düşünülən paylaşma haqqında ikilinin hər hansı bir şərhi gəlmədi.

Şeykin hər hansı bir yazı ilə şərh vermədiyi fotoşəkil ictimai medianı silkələdi.