Moskvada Jirinovskiyə heykəl qoydular

Moskvada Jirinovskiyə heykəl qoydular

Moskvada Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovskinin şərəfinə heykəl ucaldılıb.

Virtualaz.org Rusiya KİV-nə istinadən bildirir ki, bu gün heykəlin təntənəli açılışı olub.

Üç metrlik bürünc heykəl 1-ci Basman döngəsində, Dünya Sivilizasiyaları İnstitutunun həyətində ucaldılıb.

Abidənin müəllifi məşhur heykəltaraş Zurab Seretelidir. Heykəl RLDP liderinin 70 illik yubileyi münasibəti ilə hazırlanıb. Düzdür, V.Jirinovski aprelin 25-də anadan olub, amma heykəlin açılışı bu gün olub.

O da bildirilir ki, heykəl Rusiya imperiyasının “İlahi, çarı qoru!” sözlərinin yer aldığı himninin sədaları altında açılıb.

Print Friendly, PDF & Email