Dubayda ən hündür göydələn inşa olunacaq

Dubayda ən hündür göydələn inşa olunacaq

Birləşmiş Ərəb Əmirliklərinin “Emaar Properties” investisiya şirkəti Dubay şəhərində dünyanın ən yüksək göydələninin inşasını planlaşdırır.

“Dubai Creek Harbour” memarlıq layihəsinin bir hissəsi olacaq “Tower Project” göydələninin hündürlüyü ilə bağlı konkret rəqəm açıqlanmayıb. Lakin onun istənilən halda dünyanın ən yüksək binası sayılan, 828 metr hündürlüyə malik “Burj Khalifa”dan yüksək olacağı deyilir.

Müəllifi isveçrəli memar Santyaqo Kalatavra Vals olan göydələndə 18 mərtəbəli mehmanxana və 360 faizlik panoromaya malik platforma olacaq. 1 milyard dollara başa gələcək göydələnin inşasına yayda başlanacaq. Bina “EXPO-2020” beynəlxalq sərgisi başlanana qədər inşa olunacaq.

Dubayda ən hündür göydələn inşa olunacaq

Dubayda ən hündür göydələn inşa olunacaq

Print Friendly, PDF & Email