Ermənilərin daha 16 əsgəri yoxa çıxıb

Ermənilərin daha 16 əsgəri yoxa çıxıb

Ermənilərin daha 16 əsgəri yoxa çıxıb. Bu barədə Helsinki Vətəndaş Assembleyasının Vanadzor ofisindən bildirilib. Əsgərlər aprelin 2-də təmas xəttində baş verən döyüşlər zamanı müəmmalı şəkildə itkin düşüblər.

Cəbhədə 4 günlük müharibədə ölən ermənilərin sayı açıqlandı

Helsinki Vətəndaş Assembleyasının Ermənistan bürosu hazırda itkin düşmüş 16 nəfər haqqında məlumat toplayır. Hüquq müdafiəçiləri bu əsgərlər haqqında məlumatların sosial şəbəkələrdən, media və rəsmi mənbələrdən, ailələrindən alındığını və Ermənistan Müdafiə Nazirliyinə müvafiq sorğu ilə müraciət edildiyini bildirib.

“Münaqişə tərəfləri, itkin düşmüş əsirlərin dəyişdirilməsi,meyitlərin taleyi və yeri haqqında məlumat toplanması və həmçinin mübadiləsi üçün bütün səylərini göstərməlidir”- deyə erməni hüquq müdafiəçilərinin bəyanatında bildirilir.

Erməni əsgər

Erməni əsgər

Aprelin əvvəlində cəbhə xəttində baş vermiş 4 günlük müharibə zamanı ölən ermənilərin sayı növbəti dəfə açıqlanıb. Erməni kütləvi informasiya vasitələri yazır ki, ölən ermənilərin sayı 62 nəfərə çatıb.

Lakin bəzi erməni saytları və xarici KİV dəfələrlə yazıb ki, müharibə zamanı 200-dən çox erməni əsgəri öldürülüb. Lakin Ermənistan hökuməti bu rəqəmləri xalqdan gizlədir.

Azərbaycan Müdafiə Nazirliyi də bəyan edib ki, Qarabağda döyüşlər zamanı minimum 200 erməni hərbçi öldürülüb, 500-dən çoxu yaralanıb.