Prezident İlham Əliyevdən fərqli addım

Prezident İlham Əliyevdən fərqli addım

Prezident İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edən zaman zarafat edib. ANS TV-nin məlumatına görə, dövlət başçısı iclası həmişəkindən fərqli formada yekunlaşdırıb.

“Sizdən heç kim hökumətimizi tənqid etmədi və bu, məni təəccübləndirdi. Siz çox nəzakətli oldunuz. Sağ olun buna görə. Lakin mən bu görüşü tənqidsiz tərk edə bilmərəm. Bu səbəbdən, mən sizi tənqid etmək istərdim. Bu isə gender bərabərsizliyi ilə bağlıdır. Palata üzvləri arasında yalnız iki qadın var. Ümid edirəm ki, növbəti görüşdə daha çox işgüzar qadın görəcəyik”, – deyə prezident bildirdi.

Prezident İlham Əliyevin Amerika Ticarət Palatasının üzvləri ilə zarafatı

Bu ilin yanvar ayında da  İsveçrənin  Davos şəhərində Dünya İqtisadi Forumunda  prezident İlham Əliyevin OPEC haqqında dedikləri təbəssüm yaradıb.  “OPEC üzvləri və OPEC üzvü olmayan böyük istehsalçılar arasında istehsalın azaldılması istiqamətində daha yaxşı koordinasiya olsa, bəlkə də bir nəticə əldə edərik. Çünki, təəssüflər olsun ki, hər OPEC üzvlərinin görüşündən sonra neftin qiyməti aşağı düşür. Bu səbəbdən də yeni mümkün görüşdən ehtiyatlanırıq”.

Dövlət başçısının sözləri sessiya iştirakçılarını güldürüb. Dövlət başçısının “bəlkə də bu görüşü keçirməmək daha yaxşıdır” zarafatından hamı razı qalıb.

İlham Əliyev OPEC haqqında
Print Friendly, PDF & Email