Scarlett Johansson köhnə həyat yoldaşı Ryan Reynolds haqqında ilk dəfə danışdı

31 yaşlı Danimarka əsilli amerikalı aktrisa Scarlett Johansson Ryan Reynoldsla olan evliliyinin bəzi sirrlərini açıqladı.

Dünyanın ən gözəl aktrisaları arasında göstərilən 31 yaşlı Scarlett Johansson, Cosmopolitan jurnalının may sayına qapaq qızı oldu.

Johansson Reynoldsla olan evliliyinin uzun sürməməsinin əsas səbəbi kimi iki oyunçu arasında yaşanan rəqabət hissini göstərdi.

Johanssona görə, Reynolds özünü onun yanında etibarsız hiss edirmiş:

“İki oyunçunun eyni dam altında yaşaması bir-birlərinə böyük meydan oxumaqdır. Tərəflərdən biri daha müvəffəqiyyətli olursa, bu digəri üçün böyük bir problem olur. Davamlı yarışmağa başlayırsınız. Bu da evliliyi qısaldır”.

Reynoldsla olan üç illik evliliyi 2011-ci ildə sona çatan Johansson, daha əvvəlki bir reportajında belə söyləmişdi: “Aktyorluq çox qəribə bir dünyadır. Hər şey pambıq ipliyinə bağlıdır. Bu dünyada hər zaman sizdən daha müvəffəqiyyətli olan biri var. Daha müvəffəqiyyətli olanlar irəli gedir. Çünki müvəffəqiyyətsiz olmağən özü məşhurluğu itirməkdir. Bunu isə kimsə istəməz”.

Son illərdə həm Johansson, həm də Reynolds son dərəcə məşhur filmlərdə oynadı. Üstəlik boşandıqdan sonra ikisi də özlərinə eşq tapdı. Reynolds Blake Lively ilə evləndi. Scarlett Johansson isə 2014-cü ildən bəri birlikdə olduğu Fransız jurnalist Romain Dauriac ilə ailə qurdu.

“Oxşar peşədə olmamamız sayəsində birlikdə gedirik” deyən Johansson əlavə edir: “Ərim təbii kim olduğumu bilirdi, ancaq mənə məşhur olduğum üçün yaxınlaşmadı. Onun kino sənayesi içində işləməməsi işimə gəlir. Məncə iki fərqli məsləkdən olanlar birlikdə daha uzun müddət yaşaya bilərlər”.

Scarlett Johansson və Romain Dauriacın Rose Dorothy adını verdikləri 19 aylıq bir də körpələri var.

“Gündəlik həyatım belədir: Səhərlər oyanıram, qızıma süd verirəm və sonra boks etməyə gedirəm. Davamlı olaraq müxtəlif döyüş və silah dərsləri alıram. Gecə olduğunda isə evə gedirəm, qızımı yatızdırıram və özüm də yatıram” deyir.

Print Friendly, PDF & Email