İlin əsas musiqi festivalları – SİYAHI

İlin əsas musiqi festivalları – SİYAHI

Bir çoxları məzuniyyətini dəniz sahilində, digərləri isə festivallarda keçirməyə üstünlük verirlər. Buro 24/7 ilin ən gözlənilən musiqi festivallarının siyahısını təqdim edir.

Coachella
Harada: İndio, Kaliforniya, ABŞ
Nə vaxt: 15-17 aprel və 22-24 aprel

Amerikanın ən böyük festivallarından biri olan Coachella ilk dəfə 1999-cu ildə keçirilib. Festivala hər il onlarla məşhur musiqiçi qatılır, H&M və Pandora brendləri isə bu il festivala həsr olunmuş kapsul kolleksiyalar buraxıb. Bu il hedlaynerlər qismində LCD Soundsystem, Elli Qoldinq, Foals, Underworld, Sia, Kalvin Harris, Ceyms Bey, M83 və digərləri çıxış edəcəklər.

İlin əsas musiqi festivalları

Sónar
Harada: Barselona, İspaniya
Nə vaxt: 16018 iyun

Sónar “musiqi, yaradıcılıq və texnologiya” festivalı kimi tanınır. 1994-cü ildən etibarən keçirilən festivalda hazırda gündüz və gecə formatında keçirilir. Bu il qonaqlar qarşısında Anohni, Fatboy Slim, Four Tet, Flume, Santigold, New Order, Matias Aquayo, Ceyms Bleyk və digərləri çıxış edəcəklər.

İlin əsas musiqi festivalları

Primavera Sound
Harada: Barselona, İspaniya və Portu, Portuqaliya
Nə vaxt: 1-5 iyun və 9-11 iyun

Ən gözlənilən ispan festivallarından biri olan Primavera Sound Barselonada başlayır və 5 gün sonra Portuqaliyanın Portu şəhərində davam edir. Həmin günlər boyu siz #PrimaveraAllStars heçteqi altında festival iştirakçılarının bütün paylaşımlarını izləyə bilərsiniz. Burada həm Radiohead, həm LCD Soundsystem, həm də PJ Harvey çıxış edəcəklər. Bu il təşkilatçılıq musiqiçilərin siyahısını qeyri-adi formada – pritçalar şəklində təqdim ediblər.

İlin əsas musiqi festivalları

Glastonbury
Harada: Qlastonberi, İngiltərə
Nə vaxt: 22-26 iyun

Glastonbory festivalının tarixi 1970-ci ildən başlayır. İndi qruplar, rok musiqiçilər, model Keyt Mossun hər il bu festivala qatılması, qonaqlar arasında isə Adelin, Coldplay qrupunun, PJ Harveyin və digər britaniyalı məşhurların olması Glastonbory-ni daim diqqət mərkəzində saxlayır.

İlin əsas musiqi festivalları

Dekmantel
Harada: Amsterdam, Hollandiya
Nə vaxt: 4-7 avqust

Dekmantel siyahıdakı yeganə elektron festivaldır. Bu il qonaqlar Morot City Drum Ensemble və Nina Kravitsin, eləcə də Ceff Millz və Rikardo Villalobosun ifasından zövq ala biləcəklər. Elektron musiqinin pərəstişkarlarına 1-5 sentyabr tarixlərində Xorvatiyada keçiriləcək Dekmantel Selectors festivalına da qatılmağı tövsiyyə edirik.

İlin əsas musiqi festivalları

Lollapalooza və Lollapalooza Berlin
Harada: Çikaqo, ABŞ və Berlin, Almaniya
Nə vaxt: 28-31 iyul və 10-11 sentyabr

Lollapalooza Coachella kimi Amerikanın əsas festivallarından biridir. Lakin Coachella-dan fərqli olaraq, Lollapalooza həm də Berlində keçirilir. Bu il 25 illiyini qeyd edən festivala Radiohead, Red Hot Chili Peppers, Lana Del Rey, Major Lazer, J. Cole, Flume, Haim və digərləri öz ifaları ilə rəng qatacaqlar. Berlində isə Kings of Leon, New Order, Martin Solverq iştirakını təsdiqləyib.

İlin əsas musiqi festivalları

Pitchfork Music Festival və Pitchfork Music Festival Paris
Harada: Çikaqo, ABŞ və Paris Fransa
Nə vaxt: 15-17 iyul və 27-30 oktyabr

Pitchfork Music Festival indi stilində musiqinin təqdim olunduğu əsas festivaldır. Dəvət olunan artistlər arasında favoritlər Çikaqoda Pitchfork: Shamir, Fka Twigs, Beach House, Jeremih, Woods, Savages, Julia Holter, Parisdə isə Tom York, Ratatat, Beach House, Unknown Mortal Orchestra, Loran Qarnye və başqalarıdır.

İlin əsas musiqi festivalları