İlker Başbuğ: Ən böyük xəyalım Türkiyə ilə Azərbaycanın tək dövlət olmasıydı

İlker Başbuğ: Ən böyük xəyalım Türkiyə ilə Azərbaycanın tək dövlət olmasıydı

Türkiyə silahlı qüvvələrinin sabiq Baş qərargah rəisi, təqaüdçü General İlker Başbuğ, Türkiyə-Rusiya arasında döyüş çıxma ehtimalının “sıfır’”olduğuna işarə etdi, Türkiyə ilə Azərbaycanın tək dövlət olmasını könlündən keçən ən böyük xəyal olduğunu bildirdi.

Amirxeyir.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorun bitirilməsi üçün bütünlüklə gücün ortaya qoyulması lazım olduğuna diqqəti çəkən Başbuğ, “Terror milli problemimizdir. Daxili siyasətə vəsait əsirgənməməlidir. Üç səsmi əhəmiyyətli, üç övladmı? Nə zaman Diyarbəkirdə 3 milyon, İstanbulda 10 milyon adam toplanar PKK-nı, terroru lənətləyər, bəla minimum səviyyəyə enər” dedi.

O, Atatürk Universitetində, Atatürkçü Düşüncə Dərnəyi tərəfindən təşkil edilən “Milli siyasət, Orta Şərq və Türkiyə” mövzulu konfransa qatıldı.

İlker Başbuğu dinləmək üçün xüsusilə gənclər konfransa sıx maraq göstərdi.

Nənə Xatun Mədəniyyət Mərkəzinə alqışlar arasında girən 26-cı Baş qərargah rəisi İlker Başbuğ, Atatürk ilə Ərzurumun qaynaşan iki ad olduğunu bildirdi. Yer tapa bilməyən tələbələrin pilləkənlərdə oturduğu konfransda Başbuğ, Ərzurum Konqresində, vətənin bütün olduğunu, mandat və himayə qəbul edilə bilməyəcəyi qərarlarının əhəmiyyətini izah etdi. Əslində 23 iyul 1919-cu ildə alınan Ərzurum Konqresi qərarlarının bu günə də işıq tutduğunu vurğulayan İlker Başbuğ Mustafa Kamaldan danışarkən bunları söylədi:

“Atatürk üçün həyat mübarizə etməkdir. Pessimizmə və ümidsizliyə yer yoxdur. 19 Mayda Samsuna çıxdığı dövrün şərtləri ilə bugünkü şərtlər eynimi? Milli siyasəti Atatürk Nutukda izah edər. Milli siyasət, milli sərhədlər içində təhlükəsizliyi, əmin-amanlığı, rifahı təmin etməkdir . Milli siyasət üçün milli mənfəətlər əhəmiyyətlidir. Milli siyasət, milli gücə dayanır. Xarici siyasətdə müvəffəqiyyətli olmamız üçün, içəridə problemin olmaması lazımdır. Niyyətim tarix dərsi vermək deyil. Tarix, tarixdən dərs çıxaramayanlar üçün mərhəmətsizdir”.

Ölkənin cənub-şərqində xüsusi hərəkət birliklərinin əsgərin əmrində, əsgərlə birlikdə çiyin-çiyinə mübarizə etdiklərini söyləyən İlker Başbuğ, ölkədə 1984-cü ildən bəri terrorla mübarizəni 5442 saylı qanuna görə edildiyini xatırlatdı. Başbuğ, “Terrorla mübarizənin söykəndiyi qanun çox qeyri-kafidir” dedi.

BAŞBUĞUN ən böyük xəyalları

Çıxışında həmişə realizmdən söz edən İlker Başbuğ, bu arada könlündən keçən bir xəyali olduğunu ifadə etdi və bu mövzuda, “Mənim ən böyük xəyalım, Türkiyə ilə Azərbaycanın tək dövlət olması idi. Onsuz da tək millət, iki dövlətik. Tərcüman olmadan bir-birimizlə danışırıq, amma mümkün deyil, yaptırmazlar. Kaş şərtlər uyğun olsaydı” deyə danışdı.

“Əsgərin siyasətə qarışmamaq kimi bir amalı varmı?” sualına İlker Başbuğ “Silahlı qüvvələr, lazımlı görülən vəziyyətlərdə düşüncələrini ictimaiyyət ilə paylaşmalıdır. Bu sui-qəsd hadisələri ilə əlaqədar nə edildi, nə edilmək istəndi desəniz, silahlı qüvvələrinin səsi kəsilmək istəndi. Oldumu, reallaşdımı, bəli oldu. Məqsəd o idi, silahlı qüvvələrin səsini kəsmək” dedi.

Print Friendly, PDF & Email