“Nə Azərbaycanı, nə də Ermənistanı narazı salmaq istəyirik”

“Nə Azərbaycanı, nə də Ermənistanı narazı salmaq istəyirik”

“Bu, çox həssas mövzudur. Biz bu məsələyə məşhur həkim prinsipi ilə yanaşmalıyıq. Qarabağ problemi siyasi yollarla, hər iki tərəfin kompromisləri yolu ilə həllini tapmalıdır”.

Sputnik xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin, Rusiya vətəndaşları ilə canlı bağlantıda, Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib: “Biz bu istiqamətdə həm beynəlxalq təşkilatlarla birlikdə, həm də ikitərəfli iş aparırıq”.

“Rusiya bu məsələdə elə həll yolu istəyir ki, bu həm Azərbaycanı, həm də Ermənistanı qane etsin, onların ikisindən birini narazı salmasın. Rusiya bu problemin həlli istiqamətində tam gücü ilə işləyəcək”, — deyə Putin bildirib.

Rusiya lideri münaqişənin birdəfəlik həlli üçün uzun vaxt lazım gəldiyini deyib: “Rusiyada milyonlarla azərbaycanlı, eləcə də çox sayda erməni yaşayır. Onlar Rusiyaya hər hansı problem yaratmırlar. Və çox yaxşı haldır ki, onlar öz ölkələrindəki problemi Rusiyanın daxilinə daşımırlar. Biz istəyirik ki, bu belə də davam etsin”.

Qeyd edək ki, cəbhə boyu döyüş əməliyyatlarının dayandırılmasına dair əldə olunan razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən vəziyyəti gərginləşdirməkdə davam edir. Sputnik  Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bu gün qoşunların təmas xəttində aprelin 14-də düşmənin növbəti təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əhmədov Rüstəm Oruc oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir: “Bildiririk ki, qoşunların təmas xəttində baş verən bu qanlı provokasiyaya görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və düşmənə veriləcək cavab sarsıdıcı olacaqdır”.

Print Friendly, PDF & Email