“Uşaq doğulsun, sonra boşanacağam”

“Uşaq doğulsun, sonra boşanacağam”

Megan Fox hamilə qalınca boşanmanı təxirə saldı.

Megan Fox hamile kalınca boşanmayı erteledi

Üçüncü dəfə hamilə olduğu ortaya çıxan gözəl aktrisa Meqan Foxun bu sürpriz körpəsinin atası bəlli oldu.

“E NEWS”un xəbərinə görə 29 yaşlı Fox, səkkiz ay əvvəl boşanmaya qərar verdiyi əri Brian Austin Greendən hamilə qalıb.

Cütlüyə yaxın qaynaq bildirir ki, yollarını ayırmağa qərar verdikdən sonra da iki uşaqlarına görə tez-tez görüşən Fox və Austin Green, hamiləlik səbəbiylə boşanma əməliyyatlarını təxirə saldılar.

Eyni qaynaq bu üçüncü körpənin planlı olmadığını, amma hamiləlik xəbərinin cütlükləri inanılmayacaq qədər xoşbəxt etdiyini söylədi.

Hər nə qədər boşanma əməliyyatlarını təxirə alsalar da Megan Fox və Brian Austin Green boşanma qərarından geri dönüb dönməyəcəkləri hələ qeyri-müəyyənliyini qoruyur.

2010-ci ildə Havayda evlənən Megan Fox və 42 yaşlı Brian Austin Greenin Noa və Bodhi adında iki kiçik uşağı var.

Evlilik də daxil olmaqla cəmi 11 ildir birlikdə olan cütlük, keçən il avqust ayında yollarını ayırmağa qərar verdiklərini açıqlamışdı.

Fox Twitter səhifəsində rol yoldaşları Shia LeBeouf, Will Arnett və Jack Johnson ilə birlikdə pozlarını paylaşaraq onlardan heç birinin körpəsinin atası olmadığını söylədi.

Print Friendly, PDF & Email