Kann festivalında nümayiş ediləcək filmlər – Tam siyahı

Kann festivalında nümayiş ediləcək filmlər – Tam siyahı

69-cu Kann festivalında nümayiş ediləcək filmlərin tam siyahısı açıqlanıb.

Kann festivalında nümayiş ediləcək filmlər

Kino festivalı rejissor Vudi Allenin “Klub cəmiyyəti” filmi ilə açılacaq. Əsas müsabiqə proqramına daxil olan filmlər isə bunlardır:

“Toni Erdmann” (Toni Erdmann, Almaniya), rejissor Maren Ade
“Culyetta” (Julieta, İspaniya), rejissor Pedro Almodovar;
“Amerika balı” (American Honey, Böyük Britaniya-ABŞ), rejissor Andrea Arnold;
“Personal alıcı” (Personal Shopper, Fransa), rejissor Olivye Assayas;
“Naməlum qız” (La fille inconnue, Belçika), rejissor Jan-Pyer Dardenn, Lyuk Dardenn;
“Bu, sadəcə dünyanın axırıdır” (Juste la fin du monde, Kanada-Fransa), rejissor Ksavye Dolan;
“Sakit su” (Ma loute, Fransa), rejissor Bryuno Dyumon;
“Daş xəstəliyi” (Mal de pierres, Fransa), rejissor Nikol Qarsiya;
“Şaquli vəziyyət” (Fransa), rejissor Alen Qirodi;
“Paterson” (Paterson, ABŞ), rejissor Cim Carmuş;
“Dolça” (Aquarius, Braziliya), rejissor Kleber Mendonsa Filyu;
“Mən, Deniel Bleykəm” (I, Daniel Blake, Böyük Britaniya-Fransa), rejissor Ken Louç;
“Ma’ Rosa” (Filippin), rejissor Briyante Mendosa;
“Bakalavriat” (Bacalaureat, Rumıniya), rejissor Kristian Muncui;
“Sevərək” (Loving, ABŞ-Böyük Britaniya), rejissor Ceff Nikols;
“Aqassi” (Agassi, Cənubi Koreya), rejissor Pak Çxan Uk;
“Son sima” (The Last Face, ABŞ), rejissor Şon Penn;
“Syerra Nevada” (Sieranevada, Rumıniya-Fransa-Bosniya və
Hersoqovina-Xorvatiya-Makedoniya), rejissor Kristi Puyu;
“O” (Elle, Fransa-Almaniya-Belçika), rejissor Pol Verhoven;
“Neon şeytan” (The Neon Demon, Fransa-ABŞ-Danimarka), rejissor Nikolas Vindinq Refn;

“Xüsusi baxış” proqramına Kirill Serebrennikovun “Şəhid-şagird”, amerikalı Mett Rossun “Kapitan Fantastik”, yaponiyalı rejissor Xrokadzu Koreedanın “Tufandan sonra” filmi, eləcə də belçikalı multiplikator Mihael Dyudok De Vittin “Qırmızı Tısbağa” filmi daxil olub.

Müsabiqədən kənar Şeyn Blekin Rassel Krou və Rayan Qoslinqin çəkildiyi “Yaxşı oğlanlar”, eləcə də Codi Fosterin “Pul bədheybəti” və Stiven Spilberqin “Böyük və xeyirxah nəhəng” filmi nümayiş olunacaq.

69-cu kinofestivalı Kannda mayın 11-də başlayacaq, avstraliyalı rejissor Corc Millerin rəhbərliyi altında komissiya baxışın nəticələrini mayın 22-də elan edəcək.

Mənbə: http://www.buro247.az/culture/films/kann-festival-nda-n-mayi-edil-c-k-filml-r.html