Ohanyan etiraf etdi: “Qoşunlarımız döyüşə hazır gözləyirdi…”

Ohanyan etiraf etdi: “Qoşunlarımız döyüşə hazır gözləyirdi…”

Ermənistan müdafiə naziri Seyran Ohanyan təmas xəttində aprelin 2-nə keçən gecə başlayan döyüşlərin məhz erməni qüvvələri tərəfindən qızışdırıldığını dolayısıyla təsdiqləyən açıqlamalar verib.
Amirxeyir.com virtualaz.org-a istinadən xəbər verir ki, Ohanyan Ermənistan televiziyasına müsahibəsində həmin gün erməni qüvvələrinin “müvafiq döyüş hazırlığı vəziyyətində gözlədiyini” deyib.

Ohanyan bildirib ki, Azərbaycan ordusunun “müdaxiləsi” onlar üçün gözlənilməz deyildi , ancaq həmlənin belə irimiqyaslı olacağını gözləmirdilər.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan XİN Müdafiə Nazirliyinin təqdim etdiyi məlumatlara, dəlillərə əsasən Ermənistanın aprelin 2-i ərəfəsində təmas xəttinə durmadan  canlı qüvvə və texnika cəmləşdirdiyini, işğal etdikləri əraziləri genişləndirmək üçün xain hücum planı hazırladığını bildirib. Azərbaycan silahlı qüvvələri düşmənin bu planından xəbərdar olduğu üçün erməni qüvvələri həmləyə başlayan kimi əks-zərbə vurulub.

Ohanyan onu da deyib ki, hazırda onlar Azərbaycan silahlı qüvvələrinin təmas xəttinə doğru irəliləməsini müşahidə edirlər və kəşfiyyat işləyir.

Ohanyan yeni  təxribatlara hazır olduqlarına da eyham vurub və deyib ki, təmas xəttində vəziyyəti izləyib “preventiv tədbirlər” görəcəklər.