PKK terrorçuları Türkiyədə partlayış törətdi

PKK terrorçuları Türkiyədə partlayış törətdi

Türkiyənin Mardin vilayətinin Savur rayonunda hərbçilərə məxsus zirehli maşının keçdiyi zaman partlayış törədilib.

“Anadolu” agentliyinə istinadən xəbər verilir ki, terror aktınəticəsində 4 hərbçi şəhid olub, 2-si yaralanıb.

Təhlükəsizlik qüvvələri tərəfindən bölgədə genişmiqyaslı əməliyyata başlanıb.

Şırnak vilayətində isə PKK terrorçularına qarşı davam edən əməliyyat zamanı 1 polis əməkdaşı ölüb, 6-sı yaralanıb. Xəsarət alanlar Şırnak Hərbi hospitalına göndərilib. (Virtualaz.org)